19 Sentyabr 2017 17:27
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində icra hakimiyyətinin binası boşaldılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı meriyanın mətbuat katibi Anatoli Karmanov məlumat verib:

“Bomba yerləşdirilməsi ilə bağlı polisə gələn zəngdən sonra bina boşaldılıb. Hazırda axtarış işləri davam edir”.

Bu arada Volqoqradda da analoji hal yaşanıb. Polis 11 ticarət mərkəzində insanları evakuasiya edib. Məlumatlara görə, yüzlərlə insan həyəcan içərisində küçələrə axışıb.

Hadisə yerinə çox sayda təhlükəsizlik və təcili yardım işçiləri cəlb edilib.


Müəllif: Samir