22 Sentyabr 2017 14:18
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri Şimali İraqda yerləşən PKK düşərgələrini bombalayıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türk Silahlı Qüvvələrinin qırıcıları əsasən Qəndil və Metina ərazilərini hədəf alıb.

Gecə saatlarında həyata keçirilən əməliyyat zamanı Qəndil, Metina və Qara bölgələrində yerləşən PKK düşərgələrindəki terrorçular, silah anbarları, sığınacaqlar hədəfə alınaraq məhv edilib.

Türk Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyatla bağlı açıqlamasında qeyd edilib ki, PKK terrorçuları, silah anbarları, sığınacaqlar məhv edilib.

Əməliyyatdan sonra türk qırıcıları ziyan çəkmədən hərbi bazaya dönüb.


Müəllif: Cavad