25 Sentyabr 2017 15:46
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:57

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.

Report xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.

BP-nin bütün işçiləri binadan təxliyyə edilib.

Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

***

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: İlhamə Əbülfət