25 Sentyabr 2017 17:54
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Bali adasında vulkan təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, Aqunq vulkanında kəskin tüstü və maqma parçalarının görünməsi, ada sakinlərini təşvişə salıb. 35 min sakin təxliyə edilərək 12 km aralıda yerləşən müvəqqəti sığınacağa yerləşdirilib.

Məlumatda bildirilir ki, İndoneziya vulkan mərkəzi son zamanlar bölgədə seysmik fəallığın artdığını və vulkan püsgürmə ehtimalının çox olduğunu açıqlayıb. Buna görə də ətraf ərazidə yaşayan əhali və turistlərin müvəqqəti sığınacaqlara təxliyə edilməsi istənilib.

Hazırda sakinlər məktəb bələdiyyə və s. inzibati binalarda yerləşdirilib. Hökumət nümayəndələri əhalini qida və digər yardım məhsulları ilə təmin edir.


Müəllif: Elçin Murad