26 Sentyabr 2017 00:18
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2017" müsabiqəsinin qalibi, portuqaliyalı müğənni Salvadir Sobralın səhhəti qəfildən pisləşib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, musiqiçi reanimasiya şöbəsinə yerləşdirilib. O, ürək köçürülməsi üçün siyahıda birincidir.

Qeyd edək ki, bundan öncə 27 yaşlı musiqiçi ürəyindəki problemə görə konsertlərini ləğv etmiş və səhnədən getdiyini elan etməyə məcbur olmuşdu. Həkimlər ona musiqi karyerasında fasilə eləan etməyi məsləhət görmüşdü.

Correio da manha nəşrinin məlumatına görə, Sobrak ürəyin fəaliyyətinə kömək edən xüsusi aparata qoşulub.


Müəllif: Nahid