24 Aprel 2014 23:03
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub.

Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.


Müəllif: