9 Oktyabr 2017 23:56
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran çayının daşması nəticəsində bir neçə kəndi su basıb.

Teleqraf.com-un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, rayonun 10 kəndində həyətyanı sahə və evlərə su dolub.

Sel rayonun Sütəmurdov, Viravul, Vilvan, Göyşaban, Günəhir, Xarxatan, Rvo, Vel, Siyavar, Boladi kəndlərini və Lənkəran şəhərinin bir hissəsini basıb.

FHN-nin müvafiq qurumları selin fəsadlarının aradan qaldırılması istiqamətində lazımi tədbirləri görüblər. Fotolardan da göründüyü kimi, gecə olmasına baxmayaraq, xilasetmə işləri davam edib.

Qeyd edək ki, ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində oktyabrın 5-də Lənkəran çayı daşıb. Hadisə zamanı çay kənarındakı ərazilərdə yerləşən yaşayış evləri və həyətyanı sahələri su basıb.


Müəllif: Teleqraf.com