11 Oktyabr 10:59

Aparıcı Murad Əzimzadənin babası dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, o bu haqda Feysbuk səhifəsində yazıb.

“Adımı Maradona qoymuşdu. Dizində böyümüşdüm. Atamın atası idi, elə mənə də atalıq etmişdi. Oğulluq edə bildimmi, deyə bilmərəm. Ancaq onu atamdan çox sevmişəm! Dost kimi, qardaş kimi idik. O da ailənin tək oğlu idi... Təkliyimiz idi bizi birbirimizə anlaşılan edən!

Bu həftəsonu Gəncəyə yanına gedəcəkdim, görüşəcəkdim... Amma indi dəfn etməyə, son dəfə sağollaşmağa gedirəm... Babamdan çox ata olanımı itirdim! Doğmalarımızı hansı yaşda itirməyimizdən asılı olmayaraq... İtirmək yandırır, itirmək ağrıdır, itirmək məhv edir! Tanrı bütün ölənlərə rəhmət eləsin!”


Müəllif: Teleqraf.com