11:21
Türkiyənin İzmirdəki Neft Emalı Zavodunda partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 2 nəfər həlak olub, xeyli adam yaralanıb. Partlayışdan sonra zavodda güclü yanğın başlayıb.
Partlayışın səbəbləri məlum deyil. Hadisə yerinə çox sayda yanğınsöndürən, xilasetmə və təcili yardım briqadaları cəlb edilib.
***
İzmirdəki partlayışda ölənlərin sayı 4-ə çatıb.
İzmirin Əliağa rayonunun bələdiyyə sədri Bayram Yılmaz hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, partlayışa iş prosesi zamanı fəhlələrdən birinin ehtiyatsızlığı səbəb olub. Hadisə zamanı 2 fəhlə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.