11 Oktyabr 2017 15:18
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli idmançı Cenk İldenə silahlı hücum olub, idmançı bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, Cenk İlden dünən gecə avtomobillə yol gedərkən digər sürücü ilə mübahisə edib.

Mübahisə sürücülərin bir-birinə yol verməməsi üstündə olub.

Mübahisə zamanı qarşı tərəf idmançıya hücum edib. İki ayağından bıçaqlanan güləşçi təcili xəstəxanaya aparılıb.

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə Türkiyə milli komandasının üzvü olan Cenk İldenə 2016-cı ildə Olimpiya Oyunlarında üçüncü yerə çıxıb.

İstanbul xəstəxanasından bildiriblər ki, güləşçi idman karyerasını davam etdirə biləcək.


Müəllif: Cavad