11 Oktyabr 16:25

ABŞ ordusuna məxsus CH-53 tipli hərbi helikopter Yaponiyada qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Okinava bölgəsinin Take kəndi yaxınlığında baş verib.

Hadisə zamanı ölən və yaralananlarla bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın Yaponiyada 54 min əsgəri xidmət edir.


Müəllif: Samir