Dünyanın nəhəng sosial şəbəkələri olan "Feysbuk" və "Instagram"da bu gün axşam saatlarında problem yaranıb.
Teleqraf.com-un məlumatına görə, bu gün saat 19:00-dan etibarən hər iki sosial şəbəkəyə daxil olmaq çətinləşib.
Problem daha çox Rusiya və Avropanın bir sıra ölkələrində baş verib. Azərbaycan və Türkiyədə də istifadəçilər "Feysbuk" və "Instagram"a daxil olmaqda problemlərlə üzləşiblər. Problem yarım saat davam edib.
Problemlə bağlı kompaniya heç bir açıqlama verməyib.