12 Oktyabr 2017 00:59
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın tanınmış aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.

Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.

Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı “Arzu ağacı” filmindən sonra məşhurlaşıb. /Publika.az /


Müəllif: Teleqraf.com