12 Oktyabr 2017 10:35
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin həbsxanalarda müxaliflərin başına açdığı oyunları ekranlaşdırmaq üçün Türkiyəyə gələn rejissor Məhəmməd Bayazid bıçaqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə İstanbulda baş verib.

“Tunel” filmi üçün sponsor axtaran Bayazid həyat yoldaşı ilə Türkiyəyə üz tutub. Naməlum şəxslər ona zəng edərək, bu filmə maliyyə ayıracaqlarını və bununçün görüşməyin vacibliyini bildirib. Görüş zamanı isə Bayazid bıçaqlanıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Qeyd edək ki, Bayazid bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüş və filmin çəkilişi üçün ondan icazə almışdı.


Müəllif: Samir