12 Oktyabr 2017 13:03
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antarktikada Azərbaycan böyüklüyündə dəlik açılıb.

Teleqraf.com “Haber7”yə istinadla xəbər verir ki, bununla bağlı Toronto Universitetinin atmosfer fizikası üzrə professor Kent Mor açıqlama verib.

Onun sözlərinə görə, hadisə zamanı Antarktikadakı həmin bölgə iki yerə ayırılıb: “Biz adətən, bu kimi dəliklərin Antarktikanın sahillərində açıldığının şahidi olmuşuq. Ancaq bu dəlik sahildən yüz kilometrlələ uzağa təsadüf edir. Bunun səbəbini bilmirik. 1970-ci ildə də bu kimi hal yaşanıb. Texnologiya inkişaf etmədiyindən onu araşdırmaq mümkün olmayıb”.


Müəllif: Samir