13 Oktyabr 2017 08:30
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yaşayış evi yanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1973-cü il təvəllüdlü Ənvər Əmən oğlu Xosrovova məxsus yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Ümumi sahəsi 120/kv.m olan dördotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın başlayan zaman evdə heç kim olmadığından hadisədən gec xəbər tutulub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com