13 Oktyabr 2017 12:52
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saat 22:30-da Kərkük şəhərinin Tisin bölgəsində Dava Partiyasının binası qarşısında partlayış baş verib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, terror hücumu zamanı ölən və yaralanan olmayıb. Lakin bu hücumdan az sonra başqa avtomobillə partiya binası qarşısına gələn şəxs ərazidə təhlükəsizliyi təmin edən Haşdi-Şabi silahlı qrupunun əsgərlərinə atəş açıb. Türkmən Haşdi-Şabi qüvvələri atəş açan şəxsi yaralayaraq ələ keçirib. Xəstəxanaya aparılan şəxsin kimliyi haqda açıqlama verilməyib.

Qeyd edək ki, Kərkükdə Dava Partiyasının binasına əvvəllər də terror hücumu edilib.

Hazırda Kərkük şəhəri ətrafında İraq dövlətinə bağlı 3 minə yaxın hərbçi mövqe tutur.


Müəllif: Cavad