13 Oktyabr 2017 20:09
3 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Pendik rayonunda naməlum şəxs məktəbə daxil olaraq ov tüfəngindən şagirdlərə atəş açıb.

Teleqaraf.com xəbər verir ki, hadisə Tekniki Anadolu Litseyinin qarşısında baş verib. Mustafa Y. adlı oğlan ayrıldığı sevgilisi Pelin P-ni başqa oğlanlarla gedərkən görüb və o, bunu qəbul edə bilməyib. 100 metr məsafədən Pelin P və yanındakı digər iki oğlana atəş açan Mustafa Y. olaydan sonra məktəbin həyətinə qaçaraq orada qollarını kəsməklə intihara cəhd edib.

Pelin.p-nın həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı xəstəxanaya aparılıb.

Polis Mustafa Y-nı həbs edib.


Müəllif: Teleqraf.com