13 Oktyabr 2017 21:12
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson ölkəsinin İranla əldə olunan nüvə anlaşmasından geri çəkilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Tillerson ABŞ-ın anlaşmanı ləğv etməyəcəyini, amma Trampın Konqresdən sənədi yenidən gözdən keçirməsini istəyəcəyini qeyd edib.

Tillerson əlavə edib ki, Ağ Ev daha "İran anlaşma qaydalarına əməl edir" ifadəsini bəyan etməyəcək: "Tramp bu gecə çıxışında "İranla nüvə razılaşması ABŞ-ın maraqlarına cavab vermir" ifadəsini işlədəcək. İrana qarşı yeni sanksiyalar tətbiq edilməsə də, konqres Tehranla bağlı yeni strategiya hazırlaya bilər".

Qeyd edək ki, İranla nüvə razılaşmasının ABŞ tarixində ən pis razılaşma olduğunu bildirən Tramp bu gün Tehranla bağlı çıxış edəcək.

İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) tərəfindən 2015-ci ildə imzalanan nüvə anlaşması Trampın ən çox tənqid etdiyi məsələdir.


Müəllif: Ruslan