14 Oktyabr 2017 02:45
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Videoqraf Ceyms Reynolds Yaponiyada püskürən Simmoe vulkanının kraterini dronla (pilotsuz təyyarə) çəkib.

Publika.az xəbər verir ki, videoçarx “Earth Uncut TV” yutub kanalında dərc edilib.

Kirisima dağ silsiləsində püskürmə oktyabrın 11-də başlanıb. “Times” nəşrinin məlumatına görə, kraterdən çıxan tüstü 1700 metr hündürlüyə qədər qalxıb. Vulkan külünün yaxınlıqdakı şəhərlərə düşdüyü bildirilir.

Simmoenin fəallığının bir neçə həftə davam edəcəyi gözlənilsə də, püskürmənin ciddi fəsadlar törətməyəcəyi deyilir.

Vulkan sonuncu dəfə 6 il əvvəl püskürüb.


Müəllif: Teleqraf.com