14 Oktyabr 2017 12:43
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com