14 Oktyabr 2017 19:44
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə “Restart” adlanan qrupun bir üzvü Əli İbn Əbitalib məscidini yandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Videodan aydın olur ki, hadisə oktyabrın 12-də baş verib. “Restart” qrupunun üzvü öncə rəngli spreylə üzvü olduğu qrupun adını məscidin divarına yazır, sonra məscidin qapısına od vurur.

Təbriz şəhərinin rəhbəri Rəhim Şöhrətifər bidirib ki, hadisə ilə bağlı bir nəfər şübhəli şəxs yaxalanıb.


Müəllif: Şəfiqə