14 Oktyabr 2017 14:56
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb.

"Neftçilər" metrostansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusun ümumilikdə 15 sərnişini xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır./Report/

***

Bu gün saat 13 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 57 və 49 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal araşdırmaya başlanılıb.

İlkin olaraq müəyyən edilib ki, 57 nömrəli müntəzəm marşrut xəttinə aid 90 RX 457 DQN-lı avtobusun sürücüsü Elnur İmanov yolu nəzərdə tutulmayan yerdən keçmək istəyən piyadanı vurmamaq üçün qəfil əyləcə basıb.

Bu zaman arxadan hərəkət edən 49 nömrəli müntəzəm marşrut xəttinə aid 99 XJ 572 DQN-lı avtobus 57 nömrəli avtobusa dəyib.

Bakı Nəqliyyat Agentliyinin apardığı ilkin araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində 3 nəfər sərnişin yüngül zədələnib. 3 saylı şəhər kliniki xəstəxanasından Bakı Nəqliyyat Agentliyinə verilən məlumata görə, lazımi tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıb.


Müəllif: Teleqraf.com