15 Oktyabr 2017 16:27
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq parlamentinin türkman əsilli millət vəkili Niyazi Memaroğlunun evi artilleriya atəşi nəticəsində dağıdılıb.

Teleqraf.com-un məlumatına görə, nəticədə deputatın 3 ailə üzvü yaralanıb. N.Memaroğlunun evi İraqın Səlahəddin şəhərinin Tuzhurmatu qəsəbəsində yerləşir. Deputatın evinə 4 mərmi düşüb.

N.Memaroğlu bəyan edib ki, evinə hücum zamanı yaralanan oğlunun durumu daha ağırdır: “Mənim evimə əvvəllər də hücum edilib. Bu hücumu təşkil edənlər PKK terrorçularıdır. Biz əvvəllər də təhdid olunmuşduq”.


Müəllif: Cavad