25 Aprel 2014 11:26
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-25-də Praqa şəhərində keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının sammitində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyana cavab verib.

Teleqraf.com-un məlumatına görə, Prezident Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter hesabında İ.Əliyevin S.Sarkisyana cavabını yazıb:

“Şərq tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışlarını - qondarma soyqırımı ilə bağlı sərsəm mülahizələrini Türkiyəyə hücuma həsr etdi. Prezident İlham Əliyev Sarkisyana: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”- söylədi”.


Müəllif: