16 Oktyabr 2017 15:43
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:26

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Baykalın yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xatırladaq ki, oktyabrın 11-də AŞPA-nın payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları, o cümlədən Baykal Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.

***

CHP-nin keçmiş sədri Dəniz Baykalın səhhəti ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Fransa səfərindən dönərkən səhhəti ağırlaşan Baykal Ankara Universitetinin İbn Sina xəstəxanasına çatdırılıb. Universitetin rektoru Ərkan İbiş Baykalın həkim nəzarətində olduğunu bildirib:

"Baykal yatarkən, beyninə gedən şah damar tutulub. Onun öskürərək, oyanması təsadüfdür. Bu onun həyatını xilas edib. Amma oyanmaya da bilərdi. Bu xəstəliyin müddəti 6 saatdır. Bu müddətdə xəstə oyanmasa, ölə bilər. Xəstəxanada əməliyyat edilərək, damar açıldı".


Müəllif: Samir