16 Oktyabr 2017 13:54
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Flippin polisi Maravi şəhərində keçirilən əməliyyatlar zamanı İŞİD-in bölgədəki qolu sayılan Maute terror təşkilatının lideri İsnilon Hapilonu zərərsizləşdirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Hapilon ötən ilin mayından etibarən axtarışda olub.

ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat vəd etmişdi.

Bundan başqa, Flippin rəsmiləri verdiyi açıqlamada bu günə qədər ölkədə 813 terrorçunun öldürüldüyünü açıqlayıb.


Müəllif: Samir