18 Oktyabr 2017 14:24
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:14

Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 3-cü dəfə əməliyyat olunan Baykalın beyin ölümü keçirdiyi bildirilib.

Bununla bağlı “Habertürk” qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

CHP lideri Kamal Kılıçdaroğlu isə sosial şəbəkədə “Bütün dualarımız Dəniz Baykal üçün” yazıb.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalla bağlı tapşırıq verib. O, Baykalın müalicəsini məşhur beyin cərrahı Uğur Türəyə tapşırıb.

***

Türkiyə Baş nazirinin sabiq müavini Bülənt Arınc Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın səhhəti ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Arınc Baykal ilə görüşə bilmədiyini deyib:
“Onunla görüşə icazə verilmədi. Ancaq həkimləri və qızı ilə görüşdüm. Hamısı Baykalın vəziyyətinin dünənkinə nisbətən yaxşı olduğunu bildiriblər. Baykal reanimasiyadan çıxarılıb və nevrologiya şöbəsinə köçürülüb”.


Müəllif: Samir