18 Oktyabr 2017 12:00
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Auditorlar Palatası sədrinin sabiq müşaviri Aydın Kərimov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə palatanın yaydığı elanda deyilir:

"Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, kollektivi və üzvləri Auditorlar Palatasının keçmiş əməkdaşı Aydın Kərimovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər".

Aydın Kərimov 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.


Müəllif: Teleqraf.com