25 Aprel 2014 11:38

Müsavat Partiyasının müttəfiqi olan Əhrar sədri Vaqif Hacıbəyli də "xalq diplomatiyası"nın əleyhinə çıxıb.

Bu haqda Vaqif Hacıbəyli özünün Facebook səhifəsində bildirib. Vaqif Hacıbəyli yazır: "Mən ermənilərlə "xalq diplomatiyası"adı altında aparılan əməkdaşlığı qəbul etmirəm. Elçibəyin hakimiyyətdə olduğu dövrdə də yazmışam ki, sülh yolu ilə Qarabağı vermək olar, geri qaytarmaq olmaz. İndi də bu mövqeyimdə qalıram".

Qeyd edək ki, müxalifət düşərgəsi "Xalq diplomatiyası" layihəsinə mənfi münasibətini ifadə etməyib.


Müəllif: