21 Oktyabr 2017 00:08
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu və Saatlıda ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu şəhərində sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı rayonunun Mircəlal kəndində də sahəsi 117 kv.2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 36 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.


Müəllif: Teleqraf.com