20 Oktyabr 2017 23:23
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya və Kataloniyadan sonra Avropada daha bir ölkədə müstəqillik iddiası irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, İtaliyanın Lombardiya və Veneto bölgələri bazar günü müqəddəratlarını həll etmək üçün bazar günü referendum keçirəcəklər.

Lombardiyanın müstəqilliyinin tərəfdarı olan nazir Roberto Maroni bildirib ki, əgər bölgənin statusu artırılsa, bu investorların diqqətini cəlb edəcək, təhlüksəzilik gücləndiriləcək, qeyri-qanuni miqrasiyanın qarşısı alınacaq, vergi yığımında artım olacaq və s.

Lombardiya ilk dəfə olaraq elektron səsvermədən istifadə edəcək. Bunu üçün bölgədə 24 min kompüter alınıb. Lombardiya 7.5, Venetoda isə 3.5 milyon nəfər bazar günü səs verəcək.


Müəllif: Teleqraf.com