21 Oktyabr 2017 10:44
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstuksiyaları 20 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com