21 Oktyabr 2017 16:29
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhd olub.

Məlumata görə, Binəqədi rayonu, Atatürk prospekti 30/38 ünvanında 40 yaşlı kişi binanın damına çıxaraq intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, həmin şəxsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib. Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb.

Məlum olub ki, həmin şəxs tikinti şirkətlərinin birindən ev alıb, lakin sənədlər saxta olub. Buna görə də intihar etmək istəyib.


Müəllif: Teleqraf.com