21 Oktyabr 2017 16:13
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusu – “Sepah”ın daha 2 hərbçisi Suriya döyüşlərində həlak olub.

Teleqraf.com-un məlumatına görə, öldürülən “Sepah”çılardan biri İran, digəri Əfqanıstan vətəndaşıdır.

İki həftə əvvəl İranın İsfahan şəhərindən Suriyaya göndərilən “Sepah”ın 40 yaşlı iranlı hərbçisi Hüseyn Ağadadi bu ölkənin Deyr-əz Zor bölgəsində müxalif qüvvələrlə qarşıdurmada həlak olub. Onun cənazəsinin yaxın günlərdə İrana gətiriləcəyi bildirilir.

“Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Musa Həsəni isə bir neçə gün əvvəl bu ölkədə Bəşər Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun həlak olduğu bölgənin adı açıqlanmayıb.

Cənazəsi İrana gətirilən “Sepah”çı oktyabrın 20-də Melard şəhərində torpağa tapşırılıb.

Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı müxalif qüvvələrin əli ilə öldürülüb.


Müəllif: Səxavət