22 Oktyabr 2017 10:55
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin itkin düşən tərəfdarlarının Gürcüstana ekstradisiya olunduğu aydınlaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvili rəsmi Feysbuk hesabında məlumat verib.

O bildirib ki, Georgi Rubaşvili, Mixail Abzianidze və David Makişvili Ukrayna Milli Qvardiyasıın təyyarəsi ilə Tiflisə göndərilib.


Müəllif: Samir