22 Oktyabr 2017 21:14
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.

Partlayış mətbəxə təbii qazın sızmasından baş verdiyi bildirilir.


Müəllif: Teleqraf.com