24 Oktyabr 2017 10:43
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiyanın İslamabad məhəlləsində “Rah-i Şohəda” qız məktəbi yerli sakinlərin hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna 12 yaşlı bir şagird qızın məktəb gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması ilə bağlı yayılan xəbər səbəb olub.

Etirazçılar məktəbin şüşələrini qırıb, ona maddi ziyan vurublar. Bundan sonra məktəbin məsul şəxsləri ilə etirazçılar arasında qarşıdurma yaranıb.

Təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək əhalini məktəbdən uzaqlaşdırıblar.

Hadisədən bir neçə saat sonra məsələyə münasibət bildirən Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər deyib ki, məktəbli qızın gözətçi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması xəbəri həqiqəti əks etdirmir:

“Bəzi sosial şəbəkələrdə yayılan xəbər doğru deyil, məktəbli qıza qarşı heç bir əxlaqsız hərəkət olmayıb. Gözətçi kobud davranışa yol verib, lakin hər hansı əxlaqsız hərəkət olmayıb”.


Müəllif: Samir