24 Oktyabr 2017 13:10
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, 58 yaşlı Rahilə Cəbrayılova Bakıda hamamda dəm qazından boğulub.

Məlumata görə, qadın paytaxtın 20 Yanvar küçəsində kirayədə yaşayan qızının ad gününə gedibmiş, hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com