1 Noyabr 2017 09:26
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

00.36

ABŞ-ın Nyu York şəhərinin mərkəzində atışma olub, insident nəticəsində bir neçə nəfər olub. İnsident məktəbin yaxınlığında baş verib.

NBC telekanalının son məlumatına görə, atışma nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

***

01:56

Nyu Yorkda törədilən terror aktı nəticəsində ölənlərin sayı 8, yaralıların sayı isə 12 nəfərə çatıb.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Nyu York meri Bill de Blazio bildirib. İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.

Qeyd edək ki, yük maşınını idarə edən şəxs avtomobili velosipedçilərin üzərinə sürüb. Daha sonra avtomobildən düşən sürücü polislər tərəfindən zərərsizləşdirilib.O, hazırda dindirilir.

***

Gecə saatlarında Nyu Yorkda baş verən terakt nəticəsində ölən 8 nəfərdən 6-sının şəxsiyyəti müəyyənləşib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlardan 5-i Argentina, 1-i Belçika vətəndaşıdır.

Belçika və Argentina məlumatı təsdiq ediblər.

Bu arada, sosial şəbəkələrdə Manhetten terrorçusunun görüntüləri yayımlanıb.

Həmin videonu təqdim edirik:


Müəllif: Samir