1 Noyabr 2017 11:38
4 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı İspaniyadan qayıdarkən "Qarabağ"ın təyyarəsinə buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, səbəb “Qarabağ”ın Madridə uçan təyyarəsində Kamil Zeynallı söyüş söyməsi olub.

Ona klubun təyyarəsinə minməyə icazə verilməyib.

Kamil Zeynallı isə İnstaqram səhifəsində bildirib ki, yayılan xəbərlər düzgün deyil:

“Mən əvvəlcədən qayıdış biletimi Madrid-İstanbul-Bakı reysinə almışam. Bu axşam İstanbulda “Beşiktaş”- “Monako” oyununu izləyəcəm. Sabah vətənə qayıdacam. Axşam “Beşiktaş”ın oyunundan canlı yayım edəcəm. Atmosferə baxarsız. Mənə qarşı yazanlar elə bil bacılarının telefonunda səsimi tutublar, yanıb tökülürlər”.

Qeyd edək ki, Kamil Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşüb. Təyyarədə olarkən İnstaqramda canlı yayıma qoşulub, izləyicisinin ona qarşı xoşagəlməz sözünə görə təyyarədən həmin şəxsi təhqir edib.

A post shared by Kamil Zeynalli (@kamilzeynalli) on


Müəllif: Cəmilə