2 Noyabr 2017 01:11
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda mağazalardan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Qazax və Lənkəran rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Aparılan tədbirlərlə onların həmin tarixdə daha 1 mağazadan noutbuk və telefon aksessuarları oğurladıqları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov