2 Noyabr 2017 02:15
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda evlərin birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 31-nə keçən gecə evdən 700 manat və 5000 manat dəyərində qızıl əşya oğurlanıb.

Bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə məlumat daxil olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Marat Yusubov tutulub.


Müəllif: Hacı Zeynalov