2 Noyabr 2017 11:03
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindən Publika.az-a verilən məlumatda bildirilib ki, Tahir Əkbər bu gün səhər saat 07-də insult keçirib xəstəxanaya yerləşdirilib.

“Bundan əvvəl iki dəfə insult keçirib. Bu gün səhər saatlarında isə xəstəxanaya yerləşdirəndən sonra ilkin yardım göstərilib. Hazırda təzyiqi normal olsa da, vəziyyəti ağır qiymətləndirilir. Ona təkrar insult diaqnozu, beyin qan dövranının kəskin pozğunluğu diaqnozu qoyulub, huşu aydın deyil”.

***

Tanınmış bəstəkar Tahir Əkbər reanimasiyaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova instaqram hesabında məlumat verib. O, bildirib ki, hadisə səhər saatlarında olub. T.Əkbər hazırda Musa Nağıyev adına xəstəxananın reanimasiya şöbəsindədir.

Əməkdar artist həmçinin Tahir Əkbərin müalicə xərclərinin qarşılanması və yaxşı müalicə olunması üçün birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb:

“Onun ailəsində maddi durumu o qədər ağırdır ki, xahiş edirəm dəstək olun”.


Müəllif: Teleqraf.com