2 Noyabr 2017 15:39
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Suriyaya hava hücumu təşkil edib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, adının çəkilməsini istəməyən Livan rəsmisi bildirib ki, İsrail qırıcıları ölkənin şimalından Suriyaya daxil olaraq Humus ərazilərini bombalayıb.

Suriya sərhədində Rasbaalbek və El-Fakiha qəsəbələri üzərində alçaqdan uşan İsrail təyyarələrinin bombardmanından sonra güclü partlayışlar baş verib. Əsəd ordusu qırıcılara atəş açıb.

Livan mediasının yaydığı xəbərə görə, hava hücumu zamanı Humusda bir fabrik hədəfə alınıb.

İsrail hərbçiləri bununla bağlı şərh verməyib.


Müəllif: Cavad