3 Noyabr 00:14
520

22:53

Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

Onu sonuncu dəfə “28 May” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonunu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102”-yə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir./1news.az/

***

Bu gün günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki dostları məlumat verib.

Qeyd olunur ki, N.Bayramlı hazırda evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir.


Müəllif: Teleqraf.com