3 Noyabr 14:03
111

Türkiyənin Muğla bölgəsinin Bodrum rayonundan Yunanıstanın Kalimnas adasına keçməyə çalışan qayıq batıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı qayıqda olan 24 nəfərdən 13-ü xilas edilib, 2 nəfərin isə cəsədi aşkar edilib.

Qalan 9 nəfərin axtarışları davam edir.

Qayığın qaçaqmalçılara aid olduğu bildirilir.


Müəllif: Samir