3 Noyabr 2017 19:11
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhd olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.


Müəllif: İlhamə Əbülfət