Xızı rayonunda ev yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 100 kvadrat metr olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Ev yararsız vəziyyətə düşüb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.