3 Noyabr 21:49
118

Gəncə şəhərində Atabəylər prospektində ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Verilən məlumata əsasən, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com